"Bugünkü qələbə onların haqqı idi, hər bir oyunda bizimlə oldular" -QURBAN QURBANOV

"Hər birinizə təşəkkür edirəm. İlk öncə qeyd edim ki, azarkeşlərimizi təbrik edirəm. Bugünkü qələbə onların haqqı idi. Hər bir oyunda bizimlə oldular, bizə dəstək göstərdilər və bəlkə də bu qələbəni bizdən daha çox onlar istəyirdilər".

SİA-nın verdiyi məlumata görə, bu sözləri başa çatan "Qarabağ"-"Ayntraxt" oyunundan sonra mətbuat konfransında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Onun sözlərinə görə, futbolçularıma da təşəkkür edirəm: "Əziyyət çəkdilər, aqressiv oyun nümayiş etdirdilər, komandamızda oyun nizam-intizamı var idi. Buna görə sevinirəm — həm azarkeşlərimiz adından, həm də futbolçularımın adına.

Elvin Cəfərquliyevin zədəsi yoxdur, sadəcə yorulduğunu qeyd etmişdi. Mən də ona uyğun cavab verdim. Elvin “Liverpul”la oyunda çıxış edəcək.

Montiellə bağlı suala gəldikdə isə, yenə qeyd edirəm ki, o, hələ öz potensialını tam şəkildə göstərə bilmir. Düzdür, bu gün 81 dəqiqə meydanda qaldı və əlindən gələni etməyə çalışdı. Montielin tam potensialını üzə çıxarması üçün bir qədər vaxt lazımdır".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə