Premyer Liqa klubu üç futbolçu ilə vidalaşıb

“Karvan-Yevlax” komandası üç futbolçu ilə yollarını ayırıb.

Bu barədə SİA-ya klubdan məlumat verilib. Bildirilib ki, Nika Çaçaşvili, Qabil Əlizadə və portuqaliyalı futbolçu Vitor Huqo ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə