"Beşiktaş" son dəqiqə qolu ilə sevindi

Futbol üzrə Türkiyə Superliqasının XVIII turunda "Beşiktaş" qələbə qazanıb. "Tüpraş" stadionunda "Kayserispor"la qarşılaşan "ağ-qaralar" 1:0 hesabı ilə qalib gəliblər.

Qolu 90+5-ci dəqiqədə El-Bilal Ture qonaqların qapısına vurub. Bu qələbə sayəsində Sərgən Yalçının rəhbərlik etdiyi kollektiv Superliqadakı xallarının sayını 32-yə çatdırıb və komanda hazırda beşinci sıradadır.

Qeyd edək ki, turnir cədvəlinə 43 xalı olan "Qalatasaray" rəhbərlik edir. 42 xala malik "Fənərbağça" ikinci, 38 xalı olan "Trabzonspor" üçüncüdür.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə