"Mançester Siti" bu futbolçu üçün 20 milyon funt sterlinq ödədi

"Mançester Siti" qış transfer pəncərəsində növbəti keçidini reallaşdırıb. SİA-nın məlumatına görə, "şəhərlilər" "Kristal Pelas"ın kapitanı Mark Qehi ilə anlaşıb. Mançester təmsilçisi bu keçid üçün qarşı tərəfə 20 milyon funt sterlinq ödəyəcək.

İngiltərə millisinin müdafiəçisi bazar günü tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə 5 illik müqavilə imzalayıb. Xatırladaq ki, bu, "Mançester Siti"nin yanvar ayındakı ikinci transferidir. Klub daha əvvəl yanvarın 9-da "Bornmut"dan Antuan Semenyonu 62,5 milyon funt sterlinq qarşılığında heyətinə qatmışdı.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə