Futzal üzrə Azərbaycan millisinin Bakıda təlim-məşq toplanışı başlayıb - FOTOLAR

Danimarka yığması ilə yoldaşlıq matçında qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin Bakıda təlim-məşq toplanışı başlayıb.

SİA-nın verdiyi məlumata görə, Olimpik Starda millinin məşqi baş tutub.

Qeyd edək ki, oyunlar - yanvarın 22-də, saat 19:00-da və 2 gün sonra – yanvarın 24-də, saat 16:00-da Bakı İdman Sarayında keçiriləcək.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə