Neftçi”nin baş məşqçisi Yuri Vernidub klubun rəsmi saytına müsahibəsində komandanın təlim-məşq toplanışını dəyərləndirib. SİA xəbər verir ki, ukraynalı mütəxəssis toplanışın yüksək səviyyədə təşkil olunduğunu bildirərək yaradılan şəraitə görə rəhbərliyə, yükləmələri layiqincə yerinə yetirdikləri üçün isə futbolçulara təşəkkür edib. O, komandada ciddi zədəli oyunçunun olmamasını sevindirici hal kimi qiymətləndirib: "Bəzi oyunçularda mikro zədələr var, onları qısa müddətdə aradan qaldıracağıq. Məyus edən yeganə məqam Ortisin hərarət səbəbindən məşqdən kənar qalmasıdır, lakin 1-2 günə vəziyyəti normallaşacaq".
Y. Vernidub son yoxlama oyunlarında xüsusilə fərqlənən gənc futbolçu Murad Məmmədov barədə xüsusi danışıb: "Əgər bu cür davam etsə, Muradı çox böyük gələcək gözləyir".
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB