“Kəpəz"in baş məşqçisi: "Futbolçularımız təlim-məşq toplanışında yaxşı təsir bağışladılar

“Kəpəz"in baş məşqçisi: "Futbolçularımız təlim-məşq toplanışında yaxşı təsir bağışladılar

"Kəpəz" futbolçuları təlim-məşq toplanışında yaxşı təsir bağışlayıblar.

SİA xəbər verir ki, bunu Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, "Karvan-Yevlax"a qarşı keçirilən yoxlama oyunu ilə bağlı danışıb:

"Matç yaxşı keçdi. Bu matçda da gənc futbolçulara və yeni transferlərimizə şans verdik. Yaxşı təsir bağışladılar. Bununla da təlim-məşq toplanışını başa vurduq. 1 günlük istirahətdən sonra "Qarabağ"la oyunun hazırlıqlarına başlayacağıq. Mövsümün qalan hissəsində daha yaxşı çıxış edib, xallar qazanmağa çalışacağıq".

Qeyd edək ki, "Karvan-Yevlax" - "Kəpəz" görüşündə hesab açılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня