Bakının “Neftçi” kubu Əbu-Dabi toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb.
SİA-nın məlumatına görə, "ağ-qaralar" Çinin "Çenqdu Ronqçenq" komandası ilə üz-üzə gəlib.
Oyun "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisinin heyətində 9-cu dəqiqədə Andrey Ştoqrin, 29-cu dəqiqədə Bassala Sambu, 53-cü dəqiqədə isə İqor Ribeyro fərqlənib. "Çenqdu Ronqçenq" Çin Superliqasında 30 turdan sonra 60 xalla 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, ilk sınaq matçında “Kayrat”a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gələn “Neftçi” 2-ci matçında "Piramids"lə (Misir) heç-heçə edib - 1:1.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB