Bu gün voleybol üzrə Yüksək Liqada növbəti oyunlar keçiriləcək.
SİA xəbər verir ki, kişilərin yarışında VIII turdan təxirə salınmış bir görüş reallaşacaq.
Belə ki, "Azerreyl" Fövqəladə Hallar Nazirliyinin idman zalında "Xilasedici"nin qonağı olacaq. Görüş saat 17:00-da başlayacaq.
Qadınlarda IX turdan oyun baş tutacaq. "Murov Az Terminal" "Turan"la, "Milli Aviasiya Akademiyası" isə "DH Volley"lə üz-üzə gələcək.
Hər iki qarşılaşma saat 17:00-da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB