"Real"ın futbolçusu irqçi təhqirlərə məruz qalıb

İspaniyanın "Real" (Madrid) klubunun braziliyalı futbolçusu Vinisius Junior Kral Kubokunun 1/8 final mərhələsində irqçi təhqirə məruz qalıb. "AS" nəşrinin yazdığına görə, hadisə ötən gün "Real"ın "Albasete" ilə (3:2) oyunundan sonra baş verib. Final fitindən sonra stadiondakı azarkeşlərdən biri Vinisiusa banan atıb. İnsident İspaniya Kral Futbol Federasiyasının əməkdaşı tərəfindən qeydə alınıb.

"Albasete" klubu rəsmi açıqlamasında insidentlə bağlı araşdırmalara start verildiyini və hadisəni törədən azarkeşin müəyyənləşdirilməsi üçün iş aparıldığını bildirib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə