“Səbail” malili futbolçu ilə vidalaşıb

I Liqada mübarizə aparan “Səbail” komandasında ayrılıq yaşanıb.

Bu barədə SİA-ya Bakı təmsilçisinin baş məşqçisi Adil Şükürov məlumat verib. Mütəxəssis malili yarımmüdafiəçi Momo Sako ilə vidalaşdıqlarını bildirib.

Yarımmüdafiəçi mövsümün əvvəlində “dənizçilər”lə 1 illik müqavilə imzalamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə