Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Azərbaycanlı hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyasından təyinat alıb.

Bu barədə SİA-ya Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

O, qadın voleybolçular arasında keçirilən Çelenc Kubokunun 1/8 final mərhələsində Serbiyanın "Srvena Zvezda" və Danimarkanın "Holte IF" komandaları arasında baş tutacaq qarşılaşmada ikinci hakim olacaq.

Matçın baş hakimi vəzifəsini xorvatiyalı Ana Stipanicev yerinə yetirəcək.

Qeyd edək ki, oyun yanvarın 15-də Serbiyada keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə