Basketbol üzrə Azərbaycan Kubokunda mövsümə bu gün start veriləcək

Basketbol üzrə Azərbaycan Kubokunda mövsümə bu gün start veriləcək.

SİA-nın məlumatına görə, ilk olaraq 1/8 final mərhələsinin iki oyunu keçiriləcək.

Saat 17:00-da "Naxçıvan" - "Quba", 20:00-da "Neftçi" - "Lənkəran" qarşılaşmaları təşkil olunacaq.

Hər iki görüş Bakı İdman Sarayında baş tutacaq. Yanvarın 14-də "Şəki" - "Sərhədçi" və NTD - "Sumqayıt" oyunları keçiriləcək.

Qeyd edək ki, "Naxçıvan" - "Quba" cütünün qalibi növbəti raundda "Sabah"la, "Neftçi" - "Lənkəran" duelinin güclüsü "Gəncə" ilə üz-üzə gələcək. "Şəki" - "Sərhədçi" matçının qalibi 1/4 finalda "Abşeron Lions"la, NTD - "Sumqayıt" cütünün güclüsü isə "Ordu" ilə münasibətlərə aydınlıq gətirəcək. Bu raundun oyunları fevralın 18-22-si aralığında gerçəkləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə