Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.
SİA xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Qurum Yay Olimpiya Oyunlarında ümumilikdə 4 qızıl medal qazanmış Məhəmməd Bəna ilə müqavilə bağlayıb.
Milli komandanın böyük məşqçisi vəzifəsinə Nurəddin Rəcəbov təyin edilib. Məşqçilər korpusunda Rövşən Bayramov, Sabah Şəriəti, Bəhruz Həzrətipur və Rəsul Cazini Dorçə də yer alıb.
Qeyd edək ki, İran yığması London-2012 Yay Olimpiya Oyunlarında Məhəmməd Bənanın rəhbərliyi altında 3 qızıl medal qazanaraq İran güləşi tarixində yeni rekorda imza atıb. Bu mütəxəssislə qonşu ölkənin komandası Tokio-2020 Olimpiadasında isə 1 qızıl və 1 bürünc medal qazanıb.
2011-ci ildə FILA (indiki UWW) tərəfindən dünyanın ən yaxşı məşqçisi ünvanına sahib çıxan Bəna İranda "Cəsarət" ordeni ilə təltif edilib.
O, dünya yunan-Roma güləşi tarixində ən uğurlu və nüfuzlu baş məşqçilərdən biridir. Bənanın məşqçilik yanaşması sistemlilik, intizam, taktiki düşüncə və psixoloji davamlılıq prinsiplərinə əsaslanır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB