"Pivəçilər" 16 yaşlı futbolçuya "göz dikib"...

"Bavariya"nın daha bir transfer hədəfi açıqlanıb. SİA xəbər verir ki, "Herta"nın 16 yaşlı yarımmüdafiəçisi Kennet Eyxhorn "pivəçilərin" transfer hədəfindədir. Münhen təmsilçisi gənc futbolçunu qarşıdan gələn yay transfer etməyi düşünür. Eyxhorn "Bavariya"nın əsas hədəfinə çevrilib. Klub onunla uzunmüddətli müqavilə imzalamaq istəyir.

Baş məşqçi Vinsent Kompani də daxil olmaqla, klub rəhbərliyi oyunçunun potensialını yüksək qiymətləndirir və onun transferini dəstəkləyir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə