"Fənərbaxça" klubu "Beşiktaş"la yollarını ayıran təcrübəli qapıçı Mert Günoku transfer edib. İstanbul klubunun rəsmi açıqlamasında deyilir ki, İstanbul nəhəngi öz yetirməsi olan 36 yaşlı qolkiperlə 2.5 illik müqavilə imzalayıb.
Xatırladaq ki, peşəkar karyerasına “Fənərbaxça”da başlayan 36 yaşlı qapıçı klubla birlikdə 2 dəfə Super Liqa, 2 dəfə Türkiyə Kuboku və 2 dəfə Super Kubokun qalibi olub. Bundan başqa, karyerası ərzində “Bursaspor” və “Başakşehir” formalarını da geyinən Mert Günok “Başakşehir” ilə ilə Superliqa çempionluğunu qazanıb.
Qeyd edək ki, qapıçı 2021-ci ilin yayında transfer olunduğu “Beşiktaş”da isə 2 Super Kubok və 1 Türkiyə Kuboku qazanıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB