Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VIII tura start veriləcək

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VIII tura start veriləcək

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün VIII tura start veriləcək.

SİA-nın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Saat 13:30-da "Turan" "Azərreyl"lə qarşılaşacaq. Görüş Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək.

Saat 18:00-da isə "DH Volley" UNEC-lə üz-üzə gələcək. Bu matç Azərbaycan Voleybol Federasiyasının idman zalında reallaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə