Mario Balotelli də Ərəbistan yolçusudur...

Daha bir ulduz futbolçu Birləşmiş Ərəb Əmirliklərinə üz tutub. SİA xəbər verir ki, söhbət İtaliya millisinin sabiq hücumçusu Mario Balotellidən gedir. İnsayder Canluka Di Marsio öz sosial şəbəkə hesabında elan edib ki, "Cenoa"nın sabiq 35 yaşlı futbolçu adıçəkilən ölkənin "Əl-İttifaq" klubu ilə 2,5 illik müqavilə imzalayacaq.
Hazırda "Əl-İttifaq" BƏƏ-nin ikinci divizionunda çıxış edir və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə