Hazırlığını gündə 2 məşqlə davam etdirən “Araz-Naxçıvan”ın qış fasiləsində keçirəcəyi ilk yoxlama oyununun tarixi dəyişdirilib.
Klubdan SİA-ya verilən məlumata görə, Naxçıvan təmsilçisinin əvəzedici komandası ilə qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi yanvarın 9-da deyil, bir gün sonra – ayın 10-da olacaq və saat 15:30-da başlayacaq.
Komanda növbəti görüşünü isə yanvarın 14-ü saat 15:00-da “Qəbələ”yə qarşı keçirəcək.
Hər iki matç Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB