Madrid "Real"ının İspaniya Superkubokunun yarımfinalında "Atletiko" ilə keçirəcəyi oyunun heyəti açıqlanıb. SİA-nın məlumatına görə, "kral klubu"nun açıqladığı heyətdə komandanın ulduz hücumçusu Kilian Mbappe yer almayıb. Məlumata görə, futbolçu zədə səbəbindən vacib turniri buraxmalı olacaq. Klub hələ ötən ilin son günündə onun sıradan çıxdığını elan etmişdi. Baş məşqçi Xabi Alonso mətbuat konfransında Mbappenin Superkubok matçlarına qədər sağalacağına ümid etdiyini bildirsə də, bu, mümkün olmayıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB