Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz" komandasının yoxlama oyunlarındakı rəqiblərindən biri bəlli olub.
SİA-nın əldə etdiyi məlumata görə, qərb təmsilçisi yanvarın 10-da Rumıniyanın "Hermanştadt" kollektivi ilə üz-üzə gələcək.
"Turan Tovuz" növbəti görüşünü yanvarın 17-də keçirəcək. Həmin matçdakı rəqibin adına bu gün aydınlıq gələcək.
Qeyd edək ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın hazırlıq prosesi yanvarın 18-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB