Voleybol üzrə Azərbaycan Yüksək Liqasında yeni ilin ilk qarşılaşmaları keçiriləcək
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında yeni ilin ilk qarşılaşmaları keçiriləcək.
SİA-nın məlumatına görə, kişi voleybolçuların yarışında VIII turun iki görüşü baş tutacaq.
Saat 16:00-da "Neftçi" "Gənclər"lə, 18:00-da isə "Ordu" "Murov Az Terminal"la üz üzə gələcək.
Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.
Qadınlar arasında isə VI turdan təxirə düşən "Murov Az Terminal" - "Abşeron" matçı gerçəkləşəcək. Görüş "Murov Az Terminal"ın idman zalında, saat 17:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB