"Mançester Yunayted" baş məşqçini qovdu!

"Mançester Yunayted" baş məşqçi Ruben Amorimlə yollarını ayırıb. Klubun yaydığı məlumata görə, komandanın nəticələri və Premyer Liqadakı çıxışı bu qərarın verilməsində əsas amil olub. "Mançester Yunayted" 14 sentyabrda "Mançester Siti"yə uduzduqdan sonra son 33 ilin ən pis liqa başlanğıcını edib.

Son turlarda "Vulverhempton" və "Lids Yunayted"lə qeydə alınan heç-heçələrdən sonra "qırmızı şeytanlar" Premyer Liqada 31 xalla 6-cı pillədə qərarlaşıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə