"Çelsi" bu futbolçu üçün 150 milyon avro təklif edir!

"Real"ın ulduz hücumçusu Vinisius Junior karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. "The Guardian" nəşrinin yazdığına görə, "Çelsi" klubu braziliyalı futbolçunun transferini reallaşdırmaq niyyətindədir. Bildirilir ki, hazırda yeni baş məşqçi axtarışında olan London təmsilçisi bu keçid üçün külli miqdarda vəsait ayırmağa hazırdır. Klubun Madrid təmsilçisinə ümumilikdə 150 milyon avro təklif edəcəyi bildirilir.
Bu məbləğin 125 milyonunun zəmanətli ödəniş, 25 milyonunun isə futbolçunun çıxışından asılı olaraq bonuslar şəklində ödənilməsi planlaşdırılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə