ABŞ-də keçirilən hokkey üzrə gənclər arasında dünya çempionatında yarımfinal cütlükləri müəyyənləşib. SİA xəbər verir ki, buna mundialın 1/4 final görüşlərindən sonra aydınlıq gəlib.
Bu raundda İsveç Latviyanı (6:3), Çexiya İsveçrəni (6:2), Finlandiya əlavə vaxtda ABŞ-ni (4:3), Kanada isə Slovakiyanı (7:1) məğlub edib.
Beləliklə, yarımfinalda Kanada - Çexiya və İsveç - Finlandiya görüşləri baş tutacaq.
Qeyd edək ki, hər iki oyun yanvarın 5-də keçiriləcək.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB