İngiltərə klubu 37 yaşlı qapıçı ilə müqavilə bağlayıb

İngiltərə təmsilçisi "Bornmut" 37 yaşlı qapıçı Freyzer Forsterlə müqavilə bağlayıb. SİA xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Təcrübəli qolkiperin müqavilə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. O, yeni klubunda "17" nömrəli formanı geyinəcək.

Freyzer Forster 2025-ci ilin yanvarında "Tottenhem"dən ayrıldıqdan sonra klubsuz qalıb. O, karyerası ərzində Premyer Liqada 155 oyunda 204 qol buraxıb.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə