“Beşiktaş” Azərbaycan yığmasının üzvünü istəyir

Türkiyənin “Beşiktaş” futbol klubunda yeni transfer gözlənilir.

SİA xəbər verir ki, “Beşiktaş” komandanın kapitanı Orkun Kökçünün böyük qardaşı Ozan Canla müqavilə imzalamağa hazırlaşır.

Qeyd edək ki, bu mövsüm “Volendam”da 17 rəsmi oyun keçirən, 1 qol vuran və 2 məhsuldar ötürmə edən Ozan Can 20 yaşından bəri Azərbaycanın 20 yaşadək, 21 yaşadək və böyüklər arasında milli komandalarında çıxış edib.

Əvvəllər isə Türkiyədə “Bursaspor” və “Giresunspor” komandalarında oynamış Ozanın hazırkı bazar dəyəri 350 min avrodur.

Bütün xəbərlər Facebook səhifəmizdə