Azərbaycan klubu türkiyəli voleybolçu ilə müqavilə imzalayıb

"Gəncə" heyətini yeni voleybolçu ilə gücləndirib.

SİA xəbər verir ki, bu barədə bölgə təmsilçisindən məlumat verilib.

Türkiyəli oyunçu Aysu Elveren ilə müqavilə imzalanıb.

21 yaşlı voleybolçunun son klubu Kosova təmsilçisi "Gjinoci" olub. A.Elveren daha əvvəl ölkəsinin "Çanaqqala Bələdiyəspor", "Ortakçı Orhaniyespor", "Bahçelievler Belediyesi" və "Vakıfbank" komandalarının şərəfini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə