SİA xəbər verir ki, Sport24-ün məlumatına görə, Ümumrusiya Bədii Gimnastika Federasiyasının keçmiş rəhbəri İrina Viner 2026-cı il üçün arzusunu açıqlayıb. Vinerin sözlərinə görə, o, Rusiya idmançılarının beynəlxalq yarışlara öz bayraqları və himnləri ilə qayıtmasını arzulayır.
...Heç olmasa bu hüququ qazananlar, - deyə o bildirib.
Qeyd edək ki, 2025-ci ilin fevral ayında Tatyana Serqaeva Rusiya bədii gimnastika komandasının yeni baş məşqçisi təyin edilib.
O, Vineri əvəz edib. 2022-ci ilin fevral ayının sonunda əksər idman təşkilatları BOK-un tövsiyəsi ilə Rusiya idmançılarını yarışlardan kənarlaşdırıb.
Bəzi idmançılara neytral olaraq dünya səhnəsində yarışmaq imkanı verilib, digərləri isə vətəndaşlıqlarını dəyişərək digər ölkələri təmsil ediblər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB