"Flamenqo"nun və Uruqvay millisinin yarımmüdafiəçisi Corcian de Arraskaeta Uruqvayın "El Pais" qəzetinin "Amerika kralı" mükafatını alıb. SİA-nın verdiyi məlumata görə, mükafat Amerika liqalarında ilin ən yaxşı futbolçusuna verilir. Səsvermədə 16 ölkədən 264 jurnalist iştirak edib.
De Arraskaeta səslərin 62,8%-ni toplayaraq sorğuda birinci yeri tutub. O, "İnter Mayami"nin hücumçusu Lionel Messini (14,8%) və "Racing Avellaneda"nın hücumçusu Adrian Martinezi (5%) geridə qoyub.
De Arraskaeta bu mövsüm "Flamenqo" ilə dörd titul qazanıb: Braziliya Çempionatı, Libertadores Kuboku, Braziliya Super Kuboku və Rio-de-Janeyro Dövlət Çempionatı. Uruqvaylı yarımmüdafiəçi komandanın ən çox qol vuran oyunçusu olub.
Qeyd etmək lazımdır ki, Messi bu mükafatı heç vaxt qazanmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB