Top-5 liqalarda ən yaxşı komanda: Nə “Barsa”dır, nə də “Arsenal”

ESPN hazırda Avropanın ən yaxşı liqalarından ən yaxşı komandaların siyahısını tərtib edib. SİA xəbər verir ki, reytinq, birincisi, daxili kubok və liqa oyunlarında, eləcə də Avropa yarışlarında vurulan və buraxılan qollar arasındakı faktiki qol fərqinə, ikincisi isə komandaların bərabər gücdə oynadığı zaman xG fərqinə əsaslanır. Birinci amil 30%, ikincisi isə 70% ağırlıqda qiymətləndirilir. Son iki ay nəzərə alınıb.

İlk onluğa bu klublar daxildir:

“Bavariya” “Arsenal” “Mançester Siti” “Yuventus”. “Leypsiq” PSJ “İnter” “Barselona” “Vilyarreal” “Real”

Bütün xəbərlər Facebook səhifəmizdə