Güləş üzrə Azərbaycan çempionatının başlanma tarixi müəyyənləşib

Güləş üzrə Azərbaycan çempionatının başlanma tarixi müəyyənləşib

Güləş üzrə böyüklər arasında Azərbaycan çempionatının başlanma tarixi müəyyənləşib.

SİA Güləş Federasiyasına istinadən xəbər verir ki, yanvarın 7-11-i aralığında Bakı İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə ölkə çempionlarının adları bəlli olacaq.

İlk "3-lük"də yer alan güləşçilər milli komandaların tərkibinə daxil ediləcək. Görüşləri yerli hakimlərlə yanaşı, ölkə xaricindən dəvət edilmiş I-S kateqoriyalı, təcrübəli referilər də idarə edəcək.

İlkin mərhələ qarşılaşmaları 10:00-da başlayacaq. Həlledici görüşlər isə 18:00-da start götürəcək. Çempionatın açılış mərasimi yanvarın 7-də, saat 17:00-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə