"Araz-Naxçıvan" Qara Qarayevlə yolları ayırıb

"Araz-Naxçıvan" klubu Qara Qarayevlə yolları ayırıb.

Bu barədə SİA-ya Naxçıvan təmsilçisinin mətbuat xidmətindən bildirilib.

Təcrübəli yarımmüdafiəçi klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib. Futbolçunun müraciətini nəzərə alan klub rəhbərliyi ona xidmətlərinə görə təşəkkür edib. Futbolçu ilə müddəti mövsümün sonuna qədər olan müaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Qara Qarayev ötən ilin oktyabrından "qırmızı-ağlar"ın heyətində çıxış edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə