Braziliya millisinin üzvünün yeni klubu məlum oldu

Braziliya millisinin Renan Lodinin yeni klubu müəyyənləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə insayder Fabritsio Romano məlumat ayıb. "Əl-Hilal"dan qalmaqallı şəkildə ayrılan 27 yaşlı sol cinah müdafiəçisi karyerasını "Atletiko Mineyro" davam etdirəcək. Bildirilib ki, tərəflər 5 illik müqavilə imzalayacaqlar.

Lodi 2025-ci ilin sentyabr ayında "Əl-Hilal" ilə müqaviləsini birtərəfli qaydada ləğv etmişdi. O, açıq şəkildə bildirib ki, mövsümöncəsi məşqlərdən sonra Səudiyyə Ərəbistanı çempionatında oynamaq imkanından məhrum edilib.

Əl-Hilal da öz növbəsində məhkəməyə müraciət etmək niyyətində olduğunu açıqlasa da, Lodi karyerasını vətənində davam etdirmək qərarına gəlib və "Atletiko Mineyro" ilə razılaşıb.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə