“Bavariya” Bundesliqanın 15-ci turunun sonuncu görüşündə səfərdə “Haydenhaym” ilə qarşılaşıb.
SİA xəbər verir ki, görüşdə münxenlilər ev sahiblərini darmadağın ediblər – 4:0. Oyunda hesabı 15-ci dəqiqədə “Bavariya”nın müdafiəçisi Yosip Stanişiç açıb. Matçın 32-ci dəqiqəsində Maykl Olise komandasının ikinci topunu rəqibin qapısından keçirib – 2:0. Münxenlilər oyunun sonuna yaxın daha iki qol vurublar. Belə ki, 86-cı dəqiqədə Luis Diaz, əsas vaxta əlavə olunan 2-ci dəqiqədə isə Harri Keyn fərqlənib – 4:0.
Günün digər qarşılaşmasında – “Maynts” – “St Pauli” görüşündə hesab açılmayıb.
Xatırladaq ki, turun açılış matçında “Borussiya Dortmund” öz meydanında “Borussiya Mönxenqladbax”ın qapısından iki cavabsız top keçirib. Ötən gün oynanılan görüşlərdə “Bayer Leverkuzen” səfərdə “Leyptsiq”i 3:1 hesabı ilə məğlub edib. “Ştutqart” - “Hoffenhaym” və “Auqsburq” - “Verder Bremen” görüşlərində hesab açılmayıb. “Frayburq” səfərdə “Volfsburq”u (4:3), “Union Berlin” isə “Köln”ü (1:0) məğlub edib. “Hamburq” – “Ayntraxt Frankfurt” görüşündə komandalar hərəyə bir dəfə fərqləniblər.
Bundesliqaya 41 xalla “Bavariya” liderlik edir. Onun ən yaxın izləyicisi “Borussiya Dortmund”un aktivində 32 xal var. Dortmundlulardan üç xal geri qalan “Bayer Leverkuzen” üçüncü, “Leyptsiq” isə dördüncü sırada qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB