“Fənərbağça”nın prezidenti sərbəst buraxılıb

Türkiyənin “Fənərbağça” komandasının prezidenti Sadəttin Saran narkotiklərlə bağlı aparılan araşdırma çərçivəsində saxlanıldıqdan sonra sərbəst buraxılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Saran aparılan araşdırma zamanı Respublika Baş Prokurorluğuna dəvət olunub.

O, prokurorluqda ifadə verdikdən sonra Məhkəmə-Tibb Ekspertizası Qurumunda müayinədən keçirilib və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə