Azərbaycan klubunun rəsmiləri 4 oyunluq diskvalifikasiya olunub

Hakimləri təhqir edən Azərbaycanın II Liqa təmsilçisi "Şəmkir"in rəsmiləri 4 oyunluq diskvalifikasiya olunub.

SİA-nın məlumatına görə bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

XIII turun "Quba" ilə oyunu bitdikdən sonra hakimləri təhqir edən "Şəmkir"in meneceri Taleh Əliyev və digər rəsmisi Elçin Qurbanov 4 oyunluq cəzalanıblar. Bununla yanaşı hər iki şəxsin hərəkətinə görə klub 1000 manat cərimələnib.

Həmçinin "Şəmkir", 5 oyunçusunun sarı vərəqə almasına görə 70, azarkeşləri tərəfindən hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə, 600 manat ziyana düşüb.

Şəmkir komandasının futbolçusu Fərid İslamzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb. Onun hərəkətinə görə bölgə klubu 50 manat cərimələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə