Azərbaycan Basketbol Liqasının X turunda daha iki görüş baş tutacaq.
SİA-nın məlumatına görə, B qrupunun hər iki matçı bu gün Bakı İdman Sarayında keçiriləcək.
Saat 17:00-da "Quba" "Naxçıvan"la üz-üzə gələcək. "Naxçıvan" 16 xalla ikinci yerdə qərarlaşıb. 13 xala malik "Quba" üçüncüdür.
Günün sonuncu matçında "Ordu" "Lənkəran"la qarşılaşacaq. Bakı klubu 18 xalla qrupda liderdir. 12 xala malik "Lənkəran" dördüncüdür.
Qeyd edək ki, turun açılış matçında "Sərhədçi" "Sumqayıt"a 86:83 hesabı ilə qalib gəlib. X tura dekabrın 21-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB