PFL idman jurnalistləri arasında intellektual yarış keçirib

Qaliblər arasında AZƏRTAC-ın əməkdaşı da var

Peşəkar Futbol Liqasının və “Misli”nin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş idman jurnalistləri arasında intellektual yarış keçirilib.

SIA xəbər verir ki, Şamaxı şəhərində gerçəkləşən yarışda komandalara Misli Premyer Liqasında çıxış edən klubların adları verilib.

Azərbaycan futboluna həsr olunmuş suallar əsasında keçirilən yarış sona qədər gərgin mübarizə şəraitində keçib. Belə ki, 11 tur oynanıldıqdan sonra çempion əlavə vaxtda müəyyənləşib. Yekunda “Sabah”ı üstələyən “Sumqayıt” komandası yarışın qalibi olub və kuboka sahib çıxıb. Qalib komandanın heyətində AZƏRTAC-ın əməkdaşı da yer alıb.

“Kəpəz” komandası isə üçüncü yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə