“Neftçi” azarkeşlərinə görə ziyana düşüb

AFFA İntizam Komitəsi “Neftçi” klubunu cərimələyib.

SİA xəbər verir ki, buna azarkeşlərin “Sabah”la görüşdə meydana kənar əşyalar atması səbəb olub.

Bu hal kubokda ilk dəfə yaşandığına görə “Neftçi” 2000 manat cərimə olunub. Həmçinin də azarkeşlər tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi üçün “ağ-qaralar” 5000 manat ziyana düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə