Misli Premyer Liqasında XIV turun növbəti iki oyunu bu gün keçiriləcək. SİA-nın məlumatına görə, matçlardan biri Bakıda, digəri Sumqayıtda baş tutacaq.
Günün ilk matçında "Araz-Naxçıvan" "Kəpəz"lə üz-üzə gələcək. Qarşılaşma "Liv Bona Dea Arena"da, saat 17:00-da start götürəcək. Naxçıvan təmsilçisi 20 xalla 6-cı, Gəncə klubu 6 xalla 11-ci pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Sumqayıt" "İmişli"ni qəbul edəcək. Bu oyun saat 19:30-da başlanacaq. Meydan sahibləri 23 xalla 5-ci, qonaqlar 15 xalla 9-cu sıradadır.
Misli Premyer Liqası
II dövrə, XIV tur
9 dekabr
17:00. "Araz-Naxçıvan" – "Kəpəz"
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"Liv Bona Dea Arena"
19:30. "Sumqayıt" – "İmişli"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" "Karvan-Yevlax"ı (3:0), "Sabah" "Neftçi"ni (2:0) məğlub edib. "Zirə" - "Qarabağ" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1. "Qəbələ" - "Turan Tovuz" oyunu isə əlverişsiz hava şəraitinə görə təxirə salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB