Azərbaycan Premyer Liqasının XIV turunda növbəti oyunlar keçiriləcək

Misli Premyer Liqasının XIV turunda bu gün növbəti oyunlar keçiriləcək. SİA-nın məlumatına görə, əvvəlcə "Qəbələ" evdə "Turan Tovuz"u qəbul edəcək.

Qarşılaşma Qəbələ şəhər stadionunda, saat 17:00-da başlayacaq. "Turan Tovuz" hazırda 24 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 8 xala malik "Qəbələ" isə onuncudur.

Günün son matçı "Bank Respublika Arena"da baş tutacaq. "Sabah" evdə "Neftçi" ilə üz-üzə gələcək. Rəvan Həmzəzadənin idarə edəcəyi görüşə saat 20:00-da start veriləcək.

"Sabah" 25 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb. 16 xala malik "Neftçi" isə səkkizincidir.

Misli Premyer Liqası

II dövrə, XIV tur

8 dekabr

17:00. "Qəbələ" – "Turan Tovuz"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov.

VAR: Nicat İsmayıllı.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: İlham Əliyev.

Qəbələ şəhər stadionu

20:00. "Sabah" – "Neftçi"

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov.

VAR: Rauf Cabarov.

AVAR: Rəhman İmami.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Emin Cəfərov.

"Bank Respublika Arena"

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Karvan-Yevlax"ı (3:0) məğlub edib, "Zirə" - "Qarabağ" görüşündə qalib müəyyənləşməyib - 1:1. XIV tura dekabrın 9-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə