“Leyptsiq” öz meydanında “Ayntraxt Frankfurt”u darmadağın edib

Bundesliqanın 13-cü turunun ikinci oyun günündə “Leypsiq” və “Bavariya” böyükhesablı qələbə qazanıblar.

SİA xəbər verir ki, “Bavariya” səfərdə “Ştutqart”ın qapısından beş cavabsız top keçirib. Münxenlilərin heyətində Harri Keyn het-trik edib. O, görüşün 66-cı, 82-ci və 88-ci dəqiqələrində fərqlənib. Komandanın digər qollarını isə Konrad Laymer (11) və Yosip Stanişiç (78) vurub.

Bu turda “Leypsiq” öz meydanında “Ayntraxt Frankfurt”u darmadağın edib – 6:0. “Bayer Leverkuzen” isə səfərdə “Auqsburq”a uduzub – 0:2. “Volfsburq” ev oyununda “Union Berlin”ə (3:1), “Haydenhaym” isə “Frayburq”a (2:1) qalib gəlib. “Köln” – “St Pauli” görüşündə qalib müəyyənləşməyib – 1:1.

Tura “Hamburq” – “Verder Bremen” və “Borussiya Dotmund” “Hoffenhaym” görüşləri ilə yekun vurulacaq.

Xatırladaq ki, turun açılış matçında “Borussiya Mönxenqladbax” səfərdə “Maynts” üzərində minimal hesabla qalib gəlib.

Hazırda çempionata 37 xalla “Bavariya” liderlik edir. “Leypsiq” 29 xalla ikinci, bir oyun az keçirən “Borussiya Dortmund” isə 25 xalla üçüncü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə