Azərbaycan boksçuları Dünya Kubokunda 4 medal qazanıblar

Rusiyanın Yuqorsk şəhərində neft ölkələri arasında keçirilən boks üzrə Dünya Kuboku başa çatıb.

SİA xəbər verir ki, Azərbaycan millisi 15 ölkənin qatıldığı yarışda 4 medal qazanıb.

Məşqçi Rafiq İsmayılovun rəhbərlik etdiyi komandada Malik Həsənov (67 kiloqram) Dünya Kubokunun qalibi olub. O, finalda Enxtor Teqşjarqalı (Monqolustan) məğlub edərək qızıl medala yiyələnib.

Digər boksçularımızdan Yadigar Əliyev (51 kiloqram) gümüş, Əli Miriyev (60 kiloqram) və Novruzəli Quliyev (75 kiloqram) bürünc mükafat əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə