"Qürur duyuruq ki, ölkəmiz gənclərə daim xüsusi diqqət və dəstək göstərir" -NAZİR ÇIXIŞ ETDİ
"İlk olaraq, Azərbaycanda gənclər siyasəti barədə qısa şəkildə danışmaq istərdim. Qürur duyuruq ki, ölkəmiz gənclərə daim xüsusi diqqət və dəstək göstərir. Gənclər həmişə cəmiyyətin mühüm bir hissəsi olub-təkcə enerjiləri və ideyalarına görə yox, həm də milli inkişafın ayrılmaz tərkib hissəsi kimi". SİA-nın verdiyi məlumata görə, bu sözləri D8 ölkələrinin Gənclər Dialoqu zamanı çıxışında Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov deyib.
Onun sözlərinə görə, tez-tez vurğulayıram ki, bu günün gəncləri yalnız öz işlərinə görə deyil, həm də ölkənin iqtisadiyyatına və innovasiya mühitinə verdikləri töhfələrə görə məsuliyyət daşıyırlar: Məhz buna görə dövlət gənclərin inkişafını prioritet hesab edir. Bu məqsədlə çoxsaylı gənclər evləri, sosial qurumlar və gəncləri dəstəkləyən müxtəlif təşəbbüslər fəaliyyət göstərir.
Azərbaycan bir çox böyük gənclər layihələrinin mərkəzi olub və biz bu layihələri yalnız maliyyə baxımından deyil, həm də beynəlxalq əməkdaşlıq baxımından dəstəkləyirik. Ölkəmizdə bir çox beynəlxalq gənclər tədbirləri keçirilmiş, Azərbaycan gənclər təşkilatları isə artıq qlobal platformalarda aktiv şəkildə təmsil olunmaqdadır. Bu isə gənclərin həm ölkə daxilində, həm də xaricdə gücləndirilməsinə verdiyimiz önəmin bariz nümunəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB