"Qarabağ" səfərdə "Zirə" ilə üz-üzə gələcək

Misli Premyer Liqasında bu gün XIV tura start veriləcək. SİA-nın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

"Qarabağ" səfərdə "Zirə" ilə üz-üzə gələcək. Görüş Zirə İdman Kompleksinin stadionunda, saat 17:00-da start götürəcək.

"Qarabağ" hazırda turnir cədvəlində 29 xalla lider mövqeyindədir. 26 xala malik "Zirə" isə ikincidir.

Misli Premyer Liqası

II dövrə, XIV tur

6 dekabr (şənbə)

17:00. "Zirə" – "Qarabağ"

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.

VAR: Əliyar Ağayev.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, XIV tura dekabrın 9-da yekun vurulacaq.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə