Çempionlar Liqası: “Qarabağ” – “Ayaks” oyununun biletləri satışa çıxarılıb

UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks” (Niderland) oyununun biletləri satışa çıxarılıb. Bu barədə klubdan SİA-ya məlumat verilib.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat olacaq. VIP sektorlar 200, 250, 300 və 400 manat, VVIP sektorlar isə 1000 manat məbləğindədir.

Azarkeşlər biletləri yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilərlər.

Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüş saat 21:45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə