Kiçik yaşlarımdan cüdoya həvəs göstərmişəm. Valideynlərim də bu yolda mənə dəstək olublar. Əvvəlcə məşqlər, sonra ilk qələbələr oldu. Çətin və sevinc dolu bu yol məni dünyanın əsas idman arenasına Paralimpiadaya apardı.
SİA xəbər verir ki, bu sözləri 16 yaşlı paracüdoçu Hüseyn İsmayılzadə deyib.
Paracüdoçumuz J2 kateqoriyasında 70 kq çəki dərəcəsində çıxış edir. O, bu ilin iyulunda İstanbulda keçirilən Avropa Gənclər Paralimpiya Oyunlarında bürünc medal qazanıb. Ötən ilin oktyabrda isə Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarda qızıl medalına layiq görülüb.
Hüseyn İsmayılzadə paracüdo ilə məşğul olmaq istəyən gənclərə də məsləhət verib: “Fiziki məhdudiyyətə görə çəkinmək lazım deyil. İdmanda yalnız iradə və xarakter üçün yer var. Hər hansı bir idman növü ilə məşğul olan şəxs peşəkar karyeraya başlayaraq gələcəkdə uğurlu nəticələr göstərə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB