Rusiyanın qadınlardan ibarət “Zenit” komandasında çıxış edən Azərbaycan millisinin üzvü Nigar Mirzəliyevaya Avropa klublarından təklif alıb.
SİA xəbər verir ki, bu barədə müdafiəçinin özü məlumat verib.
O, bir neçə ölkədən təklifləri nəzərdən keçirdiyini söyləyib: “Rusiya, Türkiyə və Avropanın digər klublarından təkliflər var. Hələlik bu barədə düşünürəm. Sərfəli təkliflər olarsa, dəyərləndirəcəyəm”.
Qeyd edək ki, Nigar Mirzəliyevanın “Zenit”lə hazırkı müqaviləsi 2026-cı ilin dekabr ayında başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB