Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib. SİA xəbər verir ki, “Şamaxı” doğma meydanda “Baku Sportinq”i qəbul edib. Görüşün taleyini bir qol həll edib. Abdullahi Şuaybu 69-cu dəqiqədə fərqlənib. 1/4 finala vəsiqə qazanan Şamaxı təmsilçisi bu raundda "Qarabağ" - "Karvan-Yevlax" cütünün qalibi ilə qarşılaşacaq.
Hazırda davam edən “İmişli” - “Sabah” matçında isə əsas vaxt 1:1 hesabı ilə başa çatdığından əlavə vaxt oynanılacaq.
Günün son matçında “Qarabağ” öz meydanında “Karvan-Yevlax”ı sınağa çəkəcək. Oyun saat 19:00-da start götürəcək.
Qeyd edək ki, ötən gün keçirilən matçlardan sonra “Turan Tovuz” və “Zirə” 1/4 finala vəsiqə qazanıb. Ölkə kubokunda 1/8 final mərhələsinin oyunlarına dekabrın 4-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB